AZ

BƏƏ Livandakı səfirliyini yenidən açıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iki ölkə arasında ikitərəfli əlaqələrin gücləndirilməsi çərçivəsində Livanın paytaxtı Beyrutdakı səfirliyinin üç ildən çox müddətə bağlandıqdan sonra yenidən açıldığını elan edib.

"Cebheinfo.az" xəbər verir ki, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, "BƏƏ ilə qardaş Livan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi çərçivəsində BƏƏ-nin Beyrutdakı səfirliyi rəsmi olaraq öz işinə başlayıb".

Xarici İşlər Nazirliyinin müşaviri Ömər əl-Şəmisi açıqlamasında səfirliyin yenidən açılmasının iki ölkə arasında əməkdaşlığın yeni səviyyələrə yüksəldilməsi istiqamətində mühüm addım olduğunu və bunun BƏƏ-nin Livanda sabitlik və inkişafı dəstəkləmək öhdəliyini əks etdirdiyini vurğulayıb.

BƏƏ Xarici İşlər Nazirliyi yanvarın 13-də bəyan etmişdi ki, BƏƏ-nin Beyrutdakı səfirliyinin yenidən açılmasına hazırlıq çərçivəsində Livana nümayəndə heyəti göndərilib.

Livanın İnformasiya Naziri Corc Kardahinin 2021-ci ilin oktyabrında Yəmənlə bağlı Səudiyyə Ərəbistanını tənqid edən açıqlamalarından sonra Əbu-Dabi Beyrutdakı diplomatlarını geri çəkib və vətəndaşlarına Livana səyahətini qadağan edib.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr