AZ

“Ağa da orada hayqırır, nökər də orada pıçıldayır” - Video

“Real TV”nin “Başdan başa” proqramının növbəti buraxılışı yayımlanıb. Aparıcı Sərdar Amin bu dəfə sosial şəbəkələrdə yayılan neqativ ideyalar, sosial medianın yetişdirdiyi gənclik, onlarla davranış qaydaları mövzusuna və bir sıra digər maraqlı məqamlara toxunub.

“Qafqazindo” xəbər verir ki, S.Amin sosial şəbəkələrin ənənəvi mediadan fərqli xüsusiyyətlərindən söz açıb.

O bildirib ki, KİV vasitəsilə qazanılan şöhrət sosial şəbəkədə əldə olunan məşhurluqdan xeyli fərqlənir: “Bu fərq eynilə şaftalı-qaysı müqayisəsi kimidir. Oxşar olduqları qədər də ayrı dada malikdirlər. Adlarından da göründüyü kimi, biri vasitədir, digəri isə şəbəkə. Ənənəvi KİV birtərəflidir. Sənə təqdim olunanı oxuyursan, dinləyirsən, baxırsan. Düzdür, razılaşmamaq haqqın da var, amma KİV məhsuluna qarşı olan bu haqqın adətən əlində-ovcunda qalır.

Söz sahibi olmağa savadı, hüququ, istedadı olmayan şəxs kiməsə ağıl verə bilmir. Daha doğrusu, kiminsə ağlını başından ala bilmir. Onlayn media və sosial şəbəkə isə əlaqəni dəyişdi. Artıq mətbuat orqanları daha əlçatan olub. Öncə məktəblilərin söhbət plastı kimi düşünülən sosial platformalar hazırda hər kəsin tribunasına çevrilib. Ağa da orada hayqırır, nökər də orada pıçıldayır”.

Ətraflı videomaterialda:

Seçilən
29
35
qafqazinfo.az

10Mənbələr