Bakı. Trend:
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığıçərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nınnövbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davamedən bu proqram Azərbaycanın startap ekosisteminingücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrindəinkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeyaİnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilikuğrunda yarışacaq.
Proqram çərçivəsində gənclərə real startap mühitinə uyğunlaşmaqüçün lazımi bilik və bacarıqlar aşılanacaq, müasir texnologiyalarıntətbiqi öyrədiləcək. Proqram iştirakçılarının innovativ ideyalarınıreallaşdırmağa dəstək olmaq üçün “Startap təfəkkürününformalaşdırılması”, “İT Layihələrin İdarə Edilməsi”, “MinimalViable Product (MVP) hazırlanması”, “Uğurlu startap təqdimatlarınınhazırlanması” kimi mövzularda təlimlər təşkil olunacaq. Azercelləməkdaşları və ADA Universitetinin müəllimləri layihə boyuncakomanda üzvlərinə mentorluq edəcəklər. Eyni zamanda, yarışçılarüçün startap ekosisteminin nümayəndələri ilə əməkdaşlıq etməkimkanı da yaradılacaq.
Proqramın yekununda qalib komanda pul mükafatı ilə təltifolunacaq. Bundan əlavə, “Azercell Telekom” MMC uğurlu layihətəkliflərini dəyərləndirərək seçilən startapçılara təcrübəproqramında iştirak imkanı təqdim edəcək.