Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bolu Kartalkayada oteldə baş verən yanğınla bağlı açıqlama verib. O, səhlənkar davranan və qanun pozuntularına yol verən şəxslərin mütləq ədalət qarşısında cavab verəcəyini vurğulayıb.
Milli.Az xəbər verir ki, Malatyada AK Partiya Qurultayında çıxış edən Ərdoğan yanğında həyatını itirən 78 vətəndaşa Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib. O, dövlət orqanlarının fəlakətin bütün aspektlərini araşdırmaq üçün genişmiqyaslı araşdırmalar apardığını qeyd edib.
Ərdoğan vurğulayıb ki, hadisənin bütün aspektləri araşdırılacaq və səhlənkarlığa yol verənlər qanun çərçivəsində cəzalandırılacaq. Bu istiqamətdə prokurorluq və baş müfəttişlər geniş araşdırma aparır. Artıq istintaq çərçivəsində otel sahibi, otel işçiləri və 3 bələdiyyə işçisi olmaqla 14 nəfər saxlanılıb.
Prezident Ərdoğan hadisəni siyasi münazirə mövzusuna çevirməyin yalnış olduğunu bildirib:
“Yaxınlarını itirən insanlara hörmətsizlik olmaması üçün siyasətdən uzaq dayanırıq. Amma təəssüf ki, bəzi müxalifət dünyanın belə bir fəlakəti ələ almaq əvəzinə siyasi tənqid dəlili kimi istifadə edir”.