AZ

Autsayderlərin dueli: Kimdir güclü?

Misli Premyer Liqasının XX turunun ikinci günü autsayderlərin dueli ilə başlayacaq.

İdman.biz xəbər verir ki, “Səbail” və “Kəpəz” ölkə çempionatlarında 15-ci duelə çıxacaq.

İndiyədək baş tutan 14 oyunda üstünlük Bakı klubunun tərəfindədir. “Səbail” matçların yarısında – 7 dəfə qələbə qazanıb.

“Kəpəz” 4 dəfə qalib gəlib. Üç qarşılaşma heç-heçə bitib. Bakılılar 25, gəncəlilər 15 qol vurublar.

“Səbail” indiyədək evdə “Kəpəz”ə uduzmayıb. Son iki matçda meydan sahibi olan komanda quru hesabla qalib gəlib.

23.09.2017

Səbail - Kəpəz

1:0

18.11.2017

Kəpəz - Səbail

2:3

03.03.2018

Kəpəz - Səbail

2:1

22.04.2018

Səbail - Kəpəz

1:1

27.08.2022

Səbail - Kəpəz

4:1

29.10.2022

Kəpəz - Səbail

3:0

31.01.2023

Səbail - Kəpəz

1:0

01.04.2023

Kəpəz - Səbail

1:0

16.09.2023

Kəpəz - Səbail

0:3

25.11.2023

Səbail - Kəpəz

0:0

12.02.2024

Kəpəz - Səbail

1:4

14.04.2024

Səbail - Kəpəz

3:3

23.08.2024

Səbail - Kəpəz

4:0

03.11.2024

Kəpəz - Səbail

1:0

Qeyd edək ki, “ASCO Arena”da keçiriləcək matç saat 16:00-da başlayacaq.

İdman.biz

Seçilən
15
4
idman.biz

2Mənbələr