Alman mühəndis Rüdiger Kox 120 gün Panama sahillərində xüsusi kapsulda yaşayıb. O, bununla da suyun səthinə qalxmadan ən uzun müddət su altında qalma rekordçusu olub. Bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edilib ki, mühəndisin yaşadığı 30 kvadratmetrlik kapsul 11 metr dərinlikdə yerləşib və çarpayı, tualet, televizor, kompüter də daxil olmaqla bütün müasir avadanlıqlarla təchiz edilib. Orada internetə çıxış və təlim simulyatoru da var. Ancaq kapsulda duş yoxdur.
"Kapsulun elektrik enerjisi günəş panelləri tərəfindən istehsal olunurdu. Lakin ehtiyat generator da var",- nəşr yazıb.
Agentliyin məlumatına görə, Koxun sualtı kapsulası ona qida ötürülən xüsusi yerüstü otağa birləşdirilib. Bu otaqdan ziyarətçilər, o cümlədən həkim də istifadə edib.
Koch 100 gün su altında qalan amerikalı Cozef Diturinin rekordunu qırıb. Yeni rekord dərhal Ginnesin Rekordlar Kitabının nümayəndələri tərəfindən qeydə alınıb.
Tural