Bakı. Trend:
Müdafiə Nazirliyinin illik hazırlıq planına uyğun olaraqAzərbaycan Ordusunun qoşun (qüvvə) növlərinin, birlik, birləşmə vəxüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş vəmənəvi-psixoloji təminat üzrə şöbə (bölmə) rəisləri, şöbə vəbölmələrin psixoloqları, eləcə də kadr işləri üzrə məsul şəxsləriniştirakı ilə təlim-metodiki toplanışı keçirilib.
Nazirlikdən Trend-ə bildirilib ki, əvvəlcə xalqımızın ÜmummilliLideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi,ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.
Tədbirdə Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor MüşfiqMəmmədov çıxış edərək Azərbaycan Ordusunda kadrların idarəedilməsi, ideoloji iş və mənəvi-psixoloji təminatın yüksəldilməsiistiqamətində ötən il ərzində görülmüş işlər, həmçinin cari ildəqarşıda duran əsas tapşırıqlar haqqında danışıb.
Daha sonra çıxış edən Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş vəMənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad ƏbilovAzərbaycan Ordusunda hərbi vətənpərvərlik tərbiyəsi,mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məqsədilə qarşıya qoyulantapşırıqların həlli istiqamətində görülən işlərdən geniş söhbətaçıb, ideoloji iş və mənəvi-psixoloji təminat tədbirlərinineffektivliyinin artırılması ilə bağlı Müdafiə Nazirliyi rəhbərheyətinin lazımi tövsiyə və tələblərini çatdırıb.
Toplantıda zabitlər ideoloji iş və mənəvi-psixoloji təminatınyüksəldilməsi, kadr hazırlığı və komplektləşdirmə istiqamətindəgörülən işlərə dair məruzələrlə çıxış ediblər.
Sonda toplanış iştirakçılarını maraqlandıran suallarcavablandırılıb, xidməti məsələlərin həlli ilə bağlı geniş fikirmübadiləsi aparılıb.