Meksika və ABŞ arasında gərginlik yaradacaq hadisə baş verib. Məsələ burasındadır ki, Meksika höküməti ABŞ Prezidenti Donald Tramp administrasiyasının qeyri-qanuni miqrantların deportasiyası planlarını müvəqqəti pozaraq ABŞ hərbi təyyarəsinin enişinə icazə verməkdən imtina edib.
Qərb mediasının yazdığına görə, ABŞ Hərbi Hava Qüvvələrinin deportasiya edilən miqrantları daşıyan iki “C-17” təyyarəsi Qvatemalaya yola düşüb. Meksikaya planlaşdırılan üçüncü reys isə həyata keçirilməyib. Meksika hökumətinin imtina səbəbləri açıqlanmayıb. Hökumət ABŞ-nin birtərəfli tədbirlərinə qarşı çıxdığını bəyan edib.
Mətləb