AZ

Azərbaycanlı ikiqat olimpiya çempionu Rusiyada yenidən federasiya prezidenti seçilib

Azərbaycanlı ikiqat olimpiya çempionu İlqar Məmmədov yenidən Rusiya Qılıncoynatma Federasiyasının prezidenti seçilib.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

59 yaşlı funksioner seçkilərdə yeganə namizəd olub və konfransın 58 nümayəndəsi onun lehinə səs verib.

Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. İ.Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi vəzifəsində çalışan Yaşar Məmmədovun oğludur.

Seçilən
21
3
missiya.az

10Mənbələr