Yanvarın 24-də Təbriz şəhərində həbs edilən milli fəallara dəstək aksiyası keirilib.
Bu barədə milli fəallar sosial mediada paylaşım ediblər.
Şəhərin müxtəlif bölgələri və ictimai yerlərində Səməd Heydəri və Rza Səlimiyə dəstək məqsədilə çox sayda poster yayılıb, divarlara yapşdırılıb.
Adı çəkilən fəalların fotoları olan posterlərin üzərində “Ardınca çox gəzib dolanmışam, səni zindanlarda tapmışam, salam Vətən, salam Vətən!” sözləri yazılıb.
Qeyd edək ki, təhlükəsizlik məmurları yanvarın 23-ü gecə saatlarında Təbrizdə Səməd Heydəri və Rza Səlimi adl gənc fəalları həbs edərək naməlum yerə aparıb.
Onlarn həbs səbəbi və harada saxlanıldıqları barədə məlumat verilməyib.
"Traxtur" futbol komandasının tərəfdarı olan gənclər bundan əvvəl də 2022-ci ilin etiraz aksiyalarında və "Traktor" komandasının oyununda həbs ediliblər.
visiontv.az