AZ

Azər Əmiraslanov Belarusun prezident seçkilərinə hazırlığını yüksək qiymətləndirib

Azərbaycan Milli Məclisinin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmiraslanov Belarusun yanvarın 26-da keçiriləcək prezident seçkilərinə hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

“Report” xəbər verir ki, bu barədə o, BELTA-ya bildirib.

"Belarus Azərbaycan üçün çox yaxın və dost ölkədir. Ölkənizdə seçkilərə hazırlıq yüksək qiymətə layiqdir. Seçki prosesində əsas amil müdrikliyə və siyasi yetkinliyə malik olan seçicilər-Belarus xalqıdır. Əminik ki, prezident seçkiləri Belarus dövlətinin və xalqının gələcək inkişafı üçün möhkəm təməl qoyacaq", - prezident seçkilərində Azərbaycan müşahidəçisi olan A.Əmiraslanov vurğulayıb.

O, həmçinin qeyd edib ki, institusional və təşkilati hazırlıq yüksək səviyyədədir:

"Belarus iqtisadi modelini inkişaf etdirərək öz yolu ilə gedir. Bu, ölkənin gələcək tərəqqisi üçün əsas olacaq".

Seçilən
20
1
report.az

2Mənbələr