Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçiriləcək.
Modern.az-ın məlumatına görə, iclas yanvarın 27-də baş tutacaq.
İclasın gündəliyinə 2024-cü ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabat və komitənin 2025-ci il yaz sessiyası üçün iş planının layihəsi daxildir.
Qeyd edək ki, komitənin sədri Fazil Mustafadır.