AZ

Mahir Emreli bugünkü matçda niyə yoxdur?

Almaniya 2-ci bundesliqasında 19-cu turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” bu gün səfərdə “Şalke 04”ün qonağı olur.

Bakı vaxtı ilə saat 16:00-da başlayan matçda Mahir iştirak etmir.

Buna səbəb onun ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə almasıdır.  Bu, onun cari mövsümdə 5-ci sarı vərəqəsi olub. Cəzalı duruma düşən 27 yaşlı futbolçu “Şalke 04” ilə oyunu buraxmalı olub.

Qeyd edək ki, Emreli bu mövsüm “Nürnberq”lə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib. 

Seçilən
12
13
qafqazinfo.az

8Mənbələr