AZ

Bu qurumla bağlı qorxunc statistika – On minlərin ölümünə səbəb olan imzalar, rüşvət, korrupsiya…

Türkiyədə zəlzələ olanda, yanğın çıxanda, başqa qəzalar, fəlakətlər yaşananda məlum olur ki, dağıntıların, itkilərin miqyasının çox olmasında bələdiyyələrin rolu böyükdür. 2023-cü ildəki zəlzələlər zamanı binaların keyfiyyətsiz tikilməsinə göz yuman əsas qurum bələdiyyələr olub.

Boludakı yanğında otellə bağlı bəzi sənədlərin saxtalaşdırılmasında, qanunsuz icazələrin verilməsində bələdiyyənin günahkar olduğu iddia edilir.

Korrupsiya və rüşvət Türkiyə bələdiyyələrində tüğyan edir. Bunları görüb, bəzən düşünürük ki, Azərbaycan yaxşı ki, yerli özünüidarəetmə sisteminə çox da üstünlük vermir. Maraqlıdır, bu institutun Türkiyədə iflas olduğunu demək olarmı? Yerində başqa sistem yaradılmalı və ya daha yaxşı çalışması üçün qanunlar sərtləşdirilməlidir?

Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadənin fikrincə, Türkiyədə bələdiyyə institutu kifayət qədər inkişaf etmiş və bir sıra yerli problemlərin həllində böyük bir fəaliyyəti həyata keçirən institutdur.

Onun sözlərinə görə, ölkədə 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbə bələdiyyə şuraları fəaliyyət göstərir:

“Təbii ki, bəzi hallarda ayrı-ayrı bələdiyyələrin üzərlərinə düşən fəaliyyəti layiqincə yerinə yetirə bilməməsi, yəni deyildiyi kimi keyfiyyətsiz tikintilərə rəvac verməsi, qanunsuz fəaliyyəti həyata keçirməsi halları da olur. Amma bütün bunlar heç bir şəkildə bələdiyyə sisteminin Türkiyədə iflasa uğradığı anlamına gəlməməlidir. Çünki qeyd etdiyim kimi Türkiyədə bələdiyyələr nəqliyyat infrastrukturunun inkişafı, su və kanalizasiya xətlərinin salınması, ətraf mühitin qorunması, park və yaşıllıqların, meşələrin salınması, turizm fəaliyyətinin inkişafı və təbliği, sosial xidmət və yardım, yanğınsöndürmə, təcili yardım, xilasetmə, məktəb və xəstəxana binalarının tukilməsi, tarixi abidələrin qorunması və mühafizəsi, eləcə də saymaqla bitməyən çoxlu sayda fəaliyyəti həyata keçirir. Bir sözlə, Türkiyədə bələdiyyələr dövlət yükünün azalmasına əvəzsiz xidmətlər göstərirlər”.

yusif

Yusif Bağırzadə

Yusif Bağırzadə deyib ki, neqativ hallar hər yerdə olur:

“Hər kəs razılaşar ki, 21 min bələdiyyə məclis üzvünün fəaliyyət göstərdiyi bir qurumda heç də hər kəsin peşəkarlıq səviyyəsi eyni deyil. Odur ki, Türkiyədə bələdiyyə sisteminin hər hansı başqa bir sistemlə əvəzlənməsi yox, daha effektiv və daha peşəkar fəaliyyəti həyata keçirməsi üçün qanunda hansısa sərtləşdirmələrə gedilə bilər. O baxımdan Azərbaycanda yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə çox da üstünlük verilməməsi fikri ilə də razılşmıram. Əksinə, daha çox səlahiyyətlərə malik ola biləcək və bu səlahiyyətlərdən istifadə edərək yerli problemlərin həllində mühüm rol oynaya biləcək bələdiyyələrin olmasına ehtiyac var”.

Seçilən
9
24
turkustan.az

10Mənbələr