“ecobus”lar sıfır emissiya texnologiyası ilə təchiz edilib.
2024-cü ilin noyabr-dekabr aylarında "BakuBus" MMC 161 ədəd elektrik avtobusu (“ecobus”) istifadəyə verib.
"Operativ Media" bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, “ecobus”lar sıfır emissiya texnologiyası ilə təchiz edilib. Bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir.
Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub.