"Oğlumdan sonra soyuqqanlı olmuşam. Məndən hər şey gözləyin. Tez unudub, çıxıb gedərəm. Həyata inamım qalmayıb, soyuqqanlı olmuşam".
Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri İbrahim Borçalı "Qonaqcanlı" verilişində deyib.
Oğlu Rəhimi avtomobil qəzasında itirən sənətçi həyat yoldaşı Zöhrədən danışıb. O bildirib ki, sənəti atmaq istəyib, amma xanımı imkan verməyib:
"Çoxdan çıxıb gedərdim. Xanımım dedi ki, dayan, biz varıq. Mən ona, o da mənə köməkdir. Bir-birimizə deyirik ki, hə, yıxıldıq? Nə olacaq?"
Qeyd edək ki, İ.Borçalının oğlu 2020-ci ilin iyulunda Gürcüstanda avtomobil qəzasında vəfat edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta