Ov tüfəngindən açılan atəş nəticəsində həyatını itirən Zaqatala rayon Axaxdərə kənd sakini 1993-cü il təvəllüdlü Hüseyn Məmmədovun fotoşəkili yayılıb.
Yenisabah.az xəbər verir ki, H.Məmmədovun meyiti Car kənd inzibati ərazisinə daxil olan Əlibəy zirvəsində aşkarlanıb.
Onun əvvəlcə ayı tərfindən parçalandığı deyilirdi. Sonradan mə\lum olub ki, dağdan yıxılarkən çiynindəki tüfəng açılıb və H.Məmmədov yerindəcə aldığı güllə yarasından həyatını itirib./Mətbuat.az
Telegram kanalımız