Bakı. Trend:
Daşaltı kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsiməqsədilə keçirilən əməliyyatdan 33 il ötür.
Trend xəbər verirki, Daşaltı əməliyyatı hərb tariximizə I Qarabağ müharibəsindəAzərbaycan Ordusunun ağır məğlubiyyətə uğraması ilə yanaşı,ordumuzun qəhrəmanlığı və şücaəti ilə də düşüb.
Daşaltı əməliyyatı 1992-ci il, yanvarın 25-də saat 20:00-dabaşlanıb, yanvarın 26-da gecə uğursuzluqla başa çatıb.
Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin erməniyaraqlılarından azad edilməsi məqsədilə keçirilən əməliyyata sabiqmüdafiə naziri, general-mayor Tacəddin Mehdiyev birbaşa rəhbərlikedib.
Əməliyyatda yeni yaranmış Azərbaycan Ordusunun könüllülərdənibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləriiştirak ediblər.
Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması,əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsindəNəbilər kəndi istiqamətindən Daşaltına daxil olan Azərbaycanəsgərləri düşmənin pusqusuna düşərək tamamilə məhv edilib.
Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geriçəkilə bilib.
Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ dəitkin düşmüş sayılır.
Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvəitiriblər.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 9-da Azərbaycan Ordusu1991-ci ildən erməni silahlı dəstələrinin işğalı altında olanDaşaltı kəndini azad edib. Beləliklə, 28 ildən sonra Daşaltıəməliyyatının qisası alınıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyev Daşaltı kəndinin yenidən qurulması ilə bağlı görüləcəkişlərlə tanış olub, burada özəl investisiya hesabına inşa ediləcəkyeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoyub.Eyni zamanda, Prezident İlham Əliyev Daşaltı kənd məscidindətikinti işlərinin gedişi ilə tanış olub.
İşğaldan azad edilmiş torpaqlarda, o cümlədən Daşaltı kəndindəkütləvi məzarlıqlar aşkarlanıb.
Belə ki:
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyitqalıqlarından biri 19.12.1960-cı ildə Bakı şəhəri, Suraxanırayonunda anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltıkəndi ərazisində itkin düşmüş Abdullayev Nurəli Hacıbaba oğluna(hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyitqalıqlarından biri 12.1971-ci ildə Bakı şəhəri, Sabunçu rayonundaanadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndiərazisində itkin düşmüş Qurbanov Nofəl Nəriman oğluna (hərbiqulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyitqalıqlarından biri 07.04.1968-ci ildə Xızı rayonunun Giləziqəsəbəsində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltıkəndi ərazisində itkin düşmüş Rüstəmov Araz Bağı oğluna (hərbiqulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyitqalıqlarından biri 25.02.1951-ci ildə Abşeron rayonunun Qobuqəsəbəsində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltıkəndi ərazisində itkin düşmüş Hüseynov Gülverdi Ağahüseyn oğluna(hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyitqalıqlarından biri 26.02.1961-ci ildə Bakı şəhəri, Nizami rayonundaanadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndiərazisində itkin düşmüş Abbasov Məhərrəm Abbas oğluna (hərbiqulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyitqalıqlarından biri 24.07.1966-cı ildə Xaçmaz rayonunun KiçikBuraxum kəndində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonununDaşaltı kəndi ərazisində itkin düşmüş Niftəliyev Adil Kamal oğluna(hərbi qulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyitqalıqlarından biri 22.09.1969-cu ildə Şamaxı rayonunun Göylərkəndində anadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltıkəndi ərazisində itkin düşmüş Mikayılov Baba Balakişi oğluna (hərbiqulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyitqalıqlarından biri 25.05.1967-ci ildə Bakı şəhərində anadan olmuş,26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndi ərazisində itkindüşmüş Məmmədov Elmar İnqilab oğluna (hərbi qulluqçu) məxsus olduğumüəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyitqalıqlarından biri 17.11.1963-cü ildə Bakı şəhəri, Xətai rayonundaanadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndiərazisində itkin düşmüş Qasımov Veysəl Qasım oğluna (hərbiqulluqçu) məxsus olduğu müəyyən edilib;
Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş meyitqalıqlarından biri 20.12.1956-cı ildə Bakı şəhəri, Səbail rayonundaanadan olmuş, 26.01.1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndiərazisində itkin düşmüş Əhmədov Riad Fikrət oğluna (hərbi qulluqçu)məxsus olduğu müəyyən edilib.