Bakı. Trend:
Bu gün İtaliya A Seriyasında 22-ci turun üç maraqlı qarşılaşmasıkeçirilib.
Trend xəbər verirki, turun ən diqqətçəkən oyununda lider mövqedə olan "Napoli" doğmameydanda "Yuventus"u qəbul edib. Görüşdə neapollular dramatik geridönüş edərək rəqibinə mövsümdə ilk məğlubiyyəti yaşadıblar. İlkhissəni məğlub tamamlayan "Napoli" ikinci hissədə möhtəşəm oyunnümayiş etdirərək 2:1 hesabı ilə qalib gəlib.
Digər oyunlarda "Atalanta" səfərdə "Komo" komandasını 2:1 hesabıilə məğlub edib, "Empoli" ilə "Bolonya" arasında keçirilənqarşılaşma isə 1:1 hesabı ilə başa çatıb.
Günün nəticələri:
18:00. "Komo" – "Atalanta" - 1:2
21:00. "Napoli" – "Yuventus" - 2:1
23:45. "Empoli" – "Bolonya" - 1:1