Keçmiş italyan futbolçu, “Roma”nın əfsanəsi Daniele De Rossi İtaliya D Seriyasında çıxış edən “Ostia Mare” klubunun həmsahibi olub.
Arena.az bu bardə “Corriere della Sera” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, De Rossi “Ostia Mare”ni iflasdan xilas edib. O, həmçinin klub stadionu ilə bağlı fəsadı çözəcəyinə söz verib. Belə ki, yerli arena oyunları keçirmək üçün təhlükəsizlik qaydalarına cavab vermir.
Vurğulayaq ki, “Ostia Mare” De Rossinin doğma klubdur. Məhz burada De Rossi futbolda ilk qədəmlərini atıb və buradan, sonralar 18 il çıxış edəcəyi və İtaliya futbolunun əfsanəsinə çevriləcəyi “Roma”ya keçib.