AZ

Abşeronda 59 yaşlı qadını avtomobil vurub

Abşeron rayonunun Məmmədli kəndində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

hakimiyyet.az "Report"a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1966-cı il təvəllüdlü Yeganə Hüseyin qızı İsmayılovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Seçilən
22
15
hakimiyyet.az

10Mənbələr