"Mançester Siti"nin hücumçusu Erlinq Holand İngiltərə Premyer Liqasının (İPL) 23-cü turunda evdə "Çelsi"yə qarşı keçirdikləri oyunda (3:1) debüt edən komanda yoldaşından - misirli yarımmüdafiəçi Ömər Marmuşdan danışıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:
"Məncə, ilk yarıda hiss olunurdu ki, onda xüsusi nəsə var. "Mançester Siti" Marmuşu buna görə alıb. Ömər komandaya tez uyğunlaşdı. Biz də onu mümkün qədər tez tanımalıyıq. Çünki qarşıda çox sayda önəmli oyunumuz var.
Ən vacibi özünə inanmasıdır. O, bizim üçün fantastik oyunçu olacaq. Yeni insanlarla tanış olmaq xoşdur. Əlbəttə ki, yaxşı oyunçularla eyni komandada oynamaq da... Ömər mövsümün ilk yarısında Frankfurt "Ayntraxt"ında möhtəşəm çıxış sərgiləyib. Bizim üçün də elə oynayacağına ümud edirəm".
Nihat