Baş nazir Paşinyan ictimai televiziya çıxışında diqqətçəkən fikir işlədıb-" Əlimizdəki kəşfiyyat məlumatlarına görə Bakıda məhkəməsi gedən erməni əsirlərə qadağan olunmuş psixotrop maddələr verilir...Onları elə açıqlamalara vadar edirlər ki, bölgədə vəziyyət qarışa bilər..."
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Məhkəmədəki məlum erməniləri " əsir" adlandırması bir yana qalsın. Bir neçə gün əvvəl jurnalistlərin sualına cavab olaraq" Bakıda məhkəməsi gedən şəxslər haqda danışmağım onların ziyanına olar" deməsi də bir yana qalsın.Bəs indi niyə danışır deyə yalanı çıxır.
Əsas sual budur ki, bu kəşfiyyat məsələsi nədir? Məlumdur ki,mühakimə olunan ermənilərə psixotrop maddələr verilməsi tam yanlış mülahizədir. Onlar özləri hər şeyi etiraf edirlərsə və daşdan keçən sübutlar varsa, kənar təsir vasitələrinə nə ehtiyac var? Qayıdaq əsas suala. Azərbaycanda, xüsusən də məhkəmə, penitensiar və bütün başqa sistemlərdə erməni kəşfiyyatının mövcudluğunu qətiyyətlə inkar etmək mümkünsüzdür. Ən azı Bakıda 30- 40 min erməninin leqal yaşadığı və vətəndaş olduqları faktdır.
Ancaq Paşinyanın məhz bu durumda kəşfiyyat məsələsini önə çəkməsi düşündürücüdür. Paşinyan nə demək istəyir?
Demək istəyir ki, içinizdə kəşfiyyatımız fəal işləyir? Düşünmür ki, bu bəyanatdan sonra erməni cəsuslarının izi ilə Azərbaycanda dərin araşdırmalar başladıla bilər? Normalda ağıllı adam öz kəşfiyyatının üstünə şübhə çəkməz axı... Paşinyan niyə çəkir? Ağılsız da deyil axı...
Bəlkə ona psixotrop maddələr xüsusunda Bakıdakı məhbuslarla tez tez görüşən Qırmızı Xaçın əməkdaşları yalandan nəsə çatdırıblar və Paşinyan məlumatın " qırmızı xaç" mənbəyini gizlətmək üçün bunu kəşfiyyata bağlayır?Bəlkə Paşinyan bölgədə başlatmaq istədiyi yeni gərginliyin izini bu başdan yayındırmaq üçün hər şeyi erməni məhbusların guya təsir altında verəcəkləri hansısa ifadələrə bağlamaq istəyir?...
Suallar çoxdur. Azərbaycanın xüsusi xidmət orqanlarının Paşinyana necə reaksiya verəcəkləri çox maraqlıdır. Düşünürəm ki, hansısa formada reaksiya zəruridir. Axı Paşinyan kəşfiyyat söhbətini heç dilə gətirməyə də bilərdi. Məncə bununla o öz daxili auditoriyasına mesaj verməyi daha üstün tutub. Məhz buna görə onun daxili auditoriyaya yönəltdiyi mesajı vurmaq lazımdır...
Gözləyək...
Tahir TAĞIYEV