Bakı. Trend:
"Qarabağ"dan ayrılaraq Braziliyanın "Flamenqo" komandasına keçənOlavio Juninyo debüt oyununa çıxıb.
Trend-inməlumatına görə, 28 yaşlı hücumçu "Carioca - Taca Guanabara"turnirində "Volta Redonda" ilə keçirilən matçda meydana olub. O,60-cı dəqiqədə Bruno Enrikenin yerinə daxil olub.
Matç “Flamenqo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.