Lukaşenko ənənəvi olaraq Minskdə Belarus Dövlət Bədən Tərbiyəsi Universitetində yerləşən 1 saylı seçki məntəqəsində səs verib.
Hafta.az xəbər verir ki, bu haqda yerli “Belta” nəşri məlumat yayıb.
Prezident özü ilə birgə Umka ləqəbli sevimli itini də gətirib.
Lukaşenko seçki bülletenini almamışdan əvvəl seçki komissiyasının üzvləri ilə isti söhbət edib və Lukaşenko səs verərkən it seçki məntəqəsində dolaşıb, hətta dirəklərdən birinin yanında sidik də ifraz edib.
Xatırladılır ki , Belarusda 7-ci prezident seçkiləri başlayıb. Əsas səsvermə günündə ölkədə 5300-dən çox seçki məntəqəsi fəaliyyət göstərir.
Dövlət başçısı postuna 5 namizəd, o cümlədən hazırkı prezident, ölkəyə 30 ildən artıq rəhbərlik edən Aleksandr Lukaşenko da qatılır.
Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 20:00-da başa çatacaq. Belarusun təxminən 6,9 milyon vətəndaşı səsvermə hüququna malikdir.