Bakı, TurkicWorld
Türkiyədə 2024-cü ildə satılan yeni avtomobillər arasında kuzov tiplərinə görə edilən qiymətləndirmədə SUV modelləri 56,8 faiz bazar payı ilə birinci yerdədir.
TurkicWorld xəbər verir ki , Avtomobil Distribyutorları və Mobility Dərnəyinin (ODMD) məlumatlarına görə, 2024-cü ilin yanvar-dekabr dövründə Türkiyədə yeni avtomobil və yüngül ticari avtomobil satışları əvvəlki ilə nisbətən 0,5 faiz artaraq 1 milyon 238 min 509 ədədə çatıb və bütün zamanların illik satış rekordunu təzələyib.
Belə ki, A=avtomobil satışları 2024-cü ildə əvvəlki ilə nisbətən 1,3 faiz artaraq 980.341 ədədə çatıb. Model tiplərinə görə qiymətləndirildikdə , SUV avtomobillər 56,8 faiz pay və 556.548 satışla ən çox seçilən kuzov tipi olaraq ön plana çıxıb.
Sedanlar 25,4 faiz bazar payı və 248.902 satışla ikinci sırada, hetçbeklər isə 16,8 faiz pay və 164.443 ədəd satışla üçüncü sıradadır.
2024-cü ildə yerli istehsal SUV-lər 85.579 ədəd satılaraq toplam bazarda 15 faiz paya sahib olub. Mühərrik növünə görə, SUV modellərinin 319.956 ədədinin benzin mühərrikli, 111.123-ü hibrid mühərrikli, 86.365-i elektrik mühərrikli və 39.104-ü dizel mühərriki ilə seçildiyi qeyd olunub.
2024-cü ilin ən çox seçilən SUV modeli olan Togg T10X isə , 30.093 ədəd satışla Türkiyədə ən çox seçilən model olub.