AZ

Azərbaycanda yeni Konstitusiya və referendumla bağlı iddialar yalandır

Bir sıra media resurslarda son zamanlar Azərbaycanda yeni Konstitusiya qəbul olunacağı, bu il ərzində referendum keçiriləcəyi barədə məlumatlar tirajlanır.

Publika.az xəbər verir ki, hökumətdəki mənbə Trend-ə açıqlamasında bütün bu məlumatları təkzib edib.

"Gündəlikdə Konstitusiya ilə bağlı dəyişiklik, referendumun keçirilməsi müzakirəsi yoxdur. Bununla bağlı yayılan məlumatlar yalandır, əsassızdır və məsuliyyəsizdir”, - mənbə bildirib.

Seçilən
2
5
publika.az

7Mənbələr