AZ

Azərbaycan çempionatının qalibləri bəlli olub - FOTO

Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı kişi atletlərin yarışı ilə davam edib.

İdman.biz xəbər verir ki, ikinci yarış günü daha 4 çəki dərəcəsində qalib və mükafatçıların adlarına aydınlıq gəlib.

55 kq çəki dərəcəsində Səid Mahmudov toplamda 171 kq (76 kq+ 95 kq) nəticə ilə çempion adını qazanıb. Feyzulla Rüstəmov toplamda 168 kq (74 kq + 94 kq) nəticə ilə ikinci olub. Rəhman Mərdəliyev toplamda 164 kq (73 kq+ 91 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.

61 kq çəki dərəcəsində Amin Osmanov toplamda 231 kq (105 kq+126 kq) nəticə ilə çempion adını qazanıb. Murad Həsənli toplamda 220 kq (100 kq+120 kq) nəticə ilə ikinci olub. Canpolad Rəfiyev toplamda 211 kq (90 kq+121 kq) nəticə ilə ən güclü üçlüyü qapayıb.

67 kq çəki dərəcəsində Tehran Məmmədov toplamda 277 kq (125 kq+152 kq) nəticə ilə çempion adını qazanıb. Elşan Məmmədov toplamda 268 kq (125 kq + 143 kq) nəticə ilə ikinci olub. Fuad Həsənov toplamda 256 kq (121 kq+ 135 kq) nəticə ilə ən güclü üçlüyü bağlayıb.

73 kq çəki dərəcəsində İsa Rüstəmov toplamda 328 kq (146 kq+182 kq) nəticə ilə çempion adını qazanıb. Paşa İbrahimli toplamda 305 kq (145 kq + 160 kq) nəticə ilə ikinci olub. Qasım İsmayılov toplamda 277 kq ( 121 kq+ 156 kq) nəticə ilə ən güclü üçlüyü tamamlayıb.

Qeyd edək ki, yanvarın 25-də start götürən yarış 2 gün davam edib.

İdman.biz

Seçilən
23
50
idman.biz

10Mənbələr