AZ

Bərdədə keçirilən eksternat imtahanında 374 nəfər iştirak edib

Yanvarın 26-da əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə şəhəri N.Nərimanov adına 3 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanda 374 nəfər iştirak edib. Eksternlər hərəsində 10 sual olmaqla 11 fənn (Ana dili, ədəbiyyat, kimya, fizika, riyaziyyat, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici dil) üzrə imtahan veriblər.

Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi və ya tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Seçilən
16
2
yeniazerbaycan.com

3Mənbələr