AZ

Özünü yandıran kişini polis güllələdi

Tunisin paytaxtında Böyük sinaqoqun qarşısında özünü yandıran şəxsi polis öldürüb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Tunis Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bir polis əməkdaşı və ətrafdakı şəxs yanıq xəsarətləri alıb. Kişi yanğını gün batdıqdan sonra, sinaqoqda şənbə namazı qılınarkən törədib.

Daxili İşlər Nazirliyi açıqlamasında bildirib ki, alova bürünən şəxs hüquq-mühafizə orqanının əməkdaşına tərəf hərəkət edib və ikinci zabit həmkarını qorumaq üçün atəş açıb.

Məlumatda qeyd edilir ki, zabit yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Nazirlik həmin şəxsin kimliyini və onun mümkün motivlərini açıqlamayıb, yalnız onun müəyyən edilməmiş psixi pozğunluqlarının olduğunu bildirib.

Tarixən Tunisdə çox sayda yəhudi yaşayıb, hazırda təxminən 1500 nəfər olduğu təxmin edilir. Keçmişdə də Tunisdəki yəhudi obyektlərinə hücum edilib.

Seçilən
12
50
heftelik.az

10Mənbələr