AZ

Sudanda xəstəxanaya hücum edilib

El Faşer şəhərində xəstəxanaya hücum edilib.

Sudanın Darfur bölgəsindəki El Faşer şəhərində xəstəxanaya hücum edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkədəki səhifəsində məlumat verib.

"Əl Faşerdə Səudiyyə Ərəbistanının xəstəxanasına dəhşətli hücum nəticəsində xəstələr və onların müşayiətçiləri arasında 19 nəfər yaralanıb, 70 nəfər ölüb.", - deyə məlumatda bildirilir.

"Hücum güclü zərbədən sonra səhiyyə müəssisələrinin bağlanması səbəbindən ştatda səhiyyə xidmətlərinə çıxışın ciddi şəkildə məhdudlaşdırıldığı bir vaxtda baş verib", - deyə ÜST-nin baş direktoru bildirib.

Seçilən
45
1
operativmedia.az

2Mənbələr