AZ

"Ordu"nun baş məşqçisi: "Bu gün çox bərbad oynadıq"

"Bu gün çox bərbad oynadıq".

İdman.biz xəbər verir ki, bunu "Ordu" klubunun baş məşqçisi Alberto Blanko Azərbaycan Basketbol Liqası çərçivəsində "Şəki" ilə oyundan (74:87) sonra klubunun mətbuat xidmətinə açıqlamasında deyib.

Komandasının özünə bənzəmədiyini deyən mütəxəssis xüsusilə də ilk hissədə çox zəif təsir bağışladıqlarını vurğulayıb: "Bir çox komponentlərdə özümüzü yaxşı tərəfdən göstərə bilmədik. Bu problemlərlə üzləşirsənsə, qələbəyə ümid etməyə haqqın yoxdur".

Blanko yalnız fasilədən sonra bir qədər özlərinə gəldiklərini deyib: "Hətta 4-cü periodda hesabda önə də keçdik. Amma yenə də üstünlüyümüzü qoruya bilmədik. Rəqib 3 xallıq atışlardan məharətlə istifadə etdi. Xüsusən də daha çox ribaund qazandı. Bir amili vurğulayım ki, 9 texniki folla üzləşdik. Bunun da oyunumuza çox ciddi təsiri oldu. "Şəki"ni qələbə münasibətilə təbrik edirəm. Biz indi ölkə kubokunda "Gəncə" ilə oyunu fikirləşməliyik".

İdman.biz

Seçilən
39
10
idman.biz

9Mənbələr