AZ

Seysmoloji Xidmət: Xəzərdə qeydə alınan zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur -FOTO

Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrdən biridir və seysmik bölgələrdə təkanların olması mümkün haldır.

 

Senzor.az bildirir ki, bunu KİV-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib. 

"Xəzər dənizində son iki gündə baş verən (ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir və zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur", - V.Rafiqqızı deyib. 


Onun sözlərinə görə, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar ictimaiyyətə beynəlxalq seysmoloji təşkilatlarla razılaşma protokoluna uyğun təqdim edilir.

 

Qeyd edək ki, son iki gündə Xəzər dənizində 3,1 və 3,5 maqnitudalı zəlzələ baş verib.

Seçilən
1
26
senzor.az

10Mənbələr