Ajans.az xəbər verir ki, nazirlik bu barədə məlumatı özünün Telegram kanalında yayıb.
“Son 72 saat ərzində 14 fələstinlinin cəsədi Qəzzada xəstəxanalara çatdırılıb. Onlardan 5-i əvvəllər aldığı yaralardan ölüb, 4 nəfər isə bu üç gündə ölüb. Bu müddət ərzində 11 nəfər xəsarət alıb”, - deyə Səhiyyə Nazirliyindən bildirilib.
Həkimlər qeyd ediblər ki, 2023-cü ilin oktyabr ayından etibarən yenilənmiş məlumatlara görə, Qəzzada 47 306 nəfər ölüb, 111 483 nəfər yaralanıb.