AZ

Netanyahu Trampa təşəkkür etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa yəhudi dövlətinə 2000 funtluq (təxminən 907 kq) bomba tədarükünə qoyulan qadağanı aradan qaldırdığına görə təşəkkür edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Netanyahunun dəftərxanası məlumat yayıb.

 

Netanyahu vurğulayıb ki, silahlar ölkəsinə özünümüdafiə üçün lazımdır: “Prezident Tramp, İsrailə özünü müdafiə etmək, ümumi düşmənlərimizlə mübarizə aparmaq və sülh və firavanlıq gələcəyini təmin etmək üçün lazım olan alətləri vermək vədini yerinə yetirdiyiniz üçün təşəkkür edirəm”.

 

Qeyd edək ki, bundan əvvəl İsrailin xarici işlər naziri Gideon Saar da Trampa bu qərarına görə təşəkkür etmişdi: “İsrailin özünü müdafiə etmək üçün lazım olan şeylərə sahib olduğu zaman Yaxın Şərq daha təhlükəsiz olur”.

 

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden 2000 funtluq bombaların İsrailə tədarükünə qadağa qoymuşdu. Qadağa ləğv olunuduğu üçün İsrail yaxın günlərdə 1800 ədəd bomba alacaq.

Seçilən
4
47
senzor.az

10Mənbələr