AZ

HƏMAS yanvarın 31-dək...

HƏMAS yanvarın 31-dək əlavə mübadilə çərçivəsində Qəzza zolağında saxlanılan daha dörd girovu azad etmək niyyətini təsdiqləyib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalında dərc olunan məlumatda bildirilib.

"HƏMAS yanvarın 31-dək israilli girovları əhatə edən əlavə mübadiləni nəzərdə tutan təklifi İsrail tərəfinə təqdim edib", - mətndə qeyd olunub.

Bəyanata əsasən, fevralın 1-i üç İsrail girovunun mübadiləsinə dair planlar dəyişməz qalır.

Öz növbəsində İsrail hakimiyyəti fələstinlilərin Qəzzanın şimalına qayıtması prosesinin yanvarın 27-də səhər başlamasına razılıq verib.

Seçilən
10
47
ikisahil.az

10Mənbələr