Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəİmişli şəhəri, N.Nərimanov küçəsində yanğın baş verməsi barədəməlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından MühafizəXidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələriəraziyə cəlb olunub.
Qurumdan Trend-ə verilən məlumata görə, yanğınsöndürənlərinçevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədənqısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45kv.m. olan yardımçı tikilinintavanı 15kv.m. sahədə yanıb və içərisindəki 100-dən çox ev quşutələf olub. Tikilinin qalan hissəsi yanğından mühafizə edilib.