Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasının XXI turunda daha bir oyunkeçirilib.
Trend xəbər verir ki,"Fənərbağça" doğma meydanda "Göztəpə"ni qəbul edib.
Şükrü Saracoğlu stadionunda təşkil olunan görüş İstanbulnəhənginin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərininheyətində qolları 46, 53-cü dəqiqələrdə Yusif Əl-Nesyri, 56-cıdəqiqədə Oğuz Aydın vurulublar. Qonaqlarda isə 25-ci dəqiqədə Cuan,82-ci dəqiqədə Miroşi fərqlənib.
Bu nəticədən sonra "sarı-lacivərdlilər" 48 xalla ikinci,"Göztəpə" 34 xalla beşinci sırada qərarlaşıb.
Turnir cədvəlinə 54 xalla "Qalatasaray" başçılıq edir.