AZ

92 yaşı var, 8-ci dəfə prezident olmaq istəyir

Kamerun prezidenti Paul Biya 12 oktyabr 2025-ci il oktyabrın 12-də keçiriləcək növbəti prezident seçkilərində iştirak etmək üçün namizədliyini rəsmən açıqlayıb.

Heftelik.az-ın məlumatına görə, bu barədə qərarı Milli Assambleyanın (parlamentin aşağı palatası) spikeri Cibril Kavaye Yeqye elan edib.

Fevralın 13-də Biyanın 92 yaşı tamam olacaq. O, səkkizinci dəfə namizədliyini irəli sürəcək. Paul BiyaKamerunun müstəqilliyi dövründə prezident postunu tutmuş ikinci şəxsdir. Onun sələfi Amadou Ahidjo 1960-1982-ci illərdə ölkəyə rəhbərlik edib.

Qeyd edək ki, Britaniya kraliçası II Elizabetin ölümündən sonra Biya vəzifədə olan ən yaşlı dövlət başçısı olub.

Hal-hazırda o, dünyada ən uzun ömür sürən ikinci prezidentdir (43 ilə yaxın). Birinci yer Ekvatorial Qvineya lideri, ölkəni 1979-cu ildən idarə edən Teodoro Obianq Nqema Mbasoqoya məxsusdur.

Xatırladaq ki, Kamerun Konstitusiyası dövlət başçısının yaşını və ya vəzifədə olma müddətinin sayını məhdudlaşdırmır. Bir prezidentlik dövrünün müddəti yeddi ildir.

 

Seçilən
13
50
heftelik.az

10Mənbələr