AZ

Afrika ikiyə bölünəcək - Yeni bir okean yaranacaq

Ajans.az xəbər verir ki, son araşdırmalarda parçalanmanın artıq iki dəfədən də çox sürətləndiyi üzə çıxıb.

Belə ki, Efiopiya səhrasında 56 km uzunluğunda olan çat 2005-ci ildə yaranıb və o vaxtdan bəri genişlənib. Əvvəllər tədqiqatçılar parçalanmanın on milyonlarla il çəkəcəyini düşünürdülər, lakin amerikalı professor Ken Makdonald bunun 1-5 milyon il ərzində baş verəcəyini bildirib. Parçalanma nəticəsində Şərqi Afrika qitənin qalan hissəsindən yeni okeanla ayrılacaq.

Seçilən
21
3
Ajans.az

10Mənbələr