AZ

Boliviyanın paytaxtında Venesuela səfirliyinə hücum olub

Naməlum şəxslər tərəfindən La Pazda Venesuela səfirliyinin binasına atəş açıb...

Poliqon xəbər verir ki. bu barədə Boliviyanın xarici işlər naziri Selinda Sosa X sosial şəbəkəsində yazıb.

Hadisə yanvarın 26-da səhər saatlarında baş verib. Boliviya xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, heç kim xəsarət almayıb.

“Bu səhər Venesuela Respublikasının La Pasdakı iqamətgahına hücum olub. Naməlum şəxslər odlu silahdan bir neçə dəfə atəş açıb və fasadın bəzi elementlərinə ziyan vurublar”, deyə XİN rəhbəri X sosial şəbəkədə yazıb.

Boliviya XİN rəhbəri mesajında qeyd edib ki, hakimiyyət bu cür vandallığı pisləyir hadisə ilə bağlı araşdırma aparır.

Poliqon.info

Seçilən
16
12
poliqon.info

10Mənbələr