AZ

Azərbaycan çempionatları tarixində 3-cü hadisə

“Sabah” Misli Premyer Liqasının XX turunda “Sumqayıt”la qolsuz heç-heçə edib.

İdman.biz xəbər verir ki, Bakı klubu keçirdiyi 20 matçda 10-cu dəfə bərabərliklə kifayətlənib.

Ölkə çempionatları tarixində 3-cü belə hadisədir ki, bir komanda ilk 20 turun oyunlarının ən azı yarısında sülhə imza atıb. Mütləq rekord 2012/13 mövsümündə 20 turda 11 heç-heçə edən “Bakı”ya məxsusdur. “Şamaxı” 2014/15 mövsümündə “İnter” adı ilə 10 heç-heçə edib.

İdman.biz

Seçilən
48
2
idman.biz

2Mənbələr