“Kəpəz” Azərbaycan çempionatlarında 150-ci səfər məğlubiyyətini alıb.
Publika.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 20-ci turuna təsadüf edib. Gəncə klubu “Səbail”ə 0:1 hesabı ilə uduzub. Qərblilər ölkə çempionatları tarixində ən çox səfər məğlubiyyəti alan komandadır. Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
“Kəpəz”in rəqib meydanından xalsız döndüyü ilk qarşılaşma 1992-ci il iyunun 27-də “Turan”la matça təsadüf edib – 0:1.