Yunanıstanın turistik Krit adasındakı Heraklion şəhərində 3 yaşlı uşağın ağır şəkildə zorakılığa məruz qaldığı aşkarlanıb.
News24.az xəbər verir ki, kəllə-beyin travması, göyərmə və yanıq xəsarətləri ilə xəstəxanada intubasiya edilən uşağın anası və atası saxlanılıb.
Qonşuların xəbər verməsi ilə polis və tibb qrupları Heraklion vilayətinin Therisos bölgəsindəki evə gedib və 3 yaşlı uşağı PAGNI Uşaq Reanimasiya şöbəsinə aparıblar.
Polisin bildirdiyinə görə, oğlanın 26 yaşlı anası və onun 44 yaşlı ortağı adam öldürməyə cəhd, müdafiəsiz şəxsə bədən xəsarəti yetirmək və məişət zorakılığı törətməkdə ittiham olunaraq saxlanılaraq Heraklion Polis İdarəsinə aparılıb.
Hadisənin Heraklion Prokurorluğu və Cinayət Axtarış İdarəsi tərəfindən araşdırıldığı açıqlanıb.
Aynurə