AZ

Zamin borcu ödəyərsə, bəs onun hansı hüquqları yaranır? - AÇIQLAMA

Zaminlik öhdəliyin icrasının təmin edilməsinin bir üsuludur. Yəni, zamin bank (kreditor) qarşısında öz üzərinə öhdəlik götürür ki, zamin durduğu şəxs kredit borcunu ödəmədiyi halda onunla bərabər öz əmlakı ilə məsuliyyət daşıyır. Bununla bağlı da problemlər çox yaşanır. Kredit götürən vətəndaş borcunu ödəmir, ona görə də zamin ödəməli olur. Bəs bu zaman zamin duran şəxsin hansı hüquqları yaranır?Vəkil Anar Qasımlı Missiya.Az-a açıqlamasında deyib ki, məsələn, kimsə bankdan kredit götürür və başqa bir nəfər onun üçün zamin durur:“O zamin dayanmaqla öhdəsinə götürür ki, əgər sözügedən vətəndaş bankdan götürdüyü krediti qaytarmasa həmin vəsaiti özü qaytaracaq. Təbii ki, belə bir problem yaransa, şəxs öhdəliyini icra etmirsə, bankdan götürdüyü pulu geri qaytarmırsa, bu vaxt sözügedən məbləğ həm kredit götürəndən, həm də zamindən məhəkəmə qaydasında tutulur. Zamin duran isə ondan tutulan pulu gələcəkdə zamin dayandığı insandan məhkəmə yolu ilə tələb etmək hüququna malikdir. Misal olaraq: Hər hansı bir vətəndaş bankdan 10 min manat kredit götürüb öhdəliyini icra etməyibsə, həmin pul zamindən tutulubsa zamin o pulu ödədikdən sonra iddia qaldıra və pulu geri tələb edə bilər”.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
2
7
missiya.az

3Mənbələr