AZ

Belarusda uydurma seçkilər keçirildi - AB

Avropa Birliyi Belarusda keçirilən prezident seçkilərini uydurma hesab edir.

Lukaşenko 86,82% səslə qalib gəldi

Olaylar.az xəbər verir ki, AB rəsmisi Kaya Kallas və genişlənmə üzrə Avropa komissarı Marta Kos Belarusda bu gün keçirilən seçkiləri saxta, qeyri-azad və ədalətsiz hesab ediblər.

"Rejimin seçkilərə cəmi 10 gün qalmış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu dəvət etmək qərarı bu müstəqil qurumun seçki prosesinin əsas mərhələlərinə çıxış əldə etməsinə mane olub. Bu, seçkilərə tam inamsızlığın bir daha sübutudur", - sənəddə bildirilib.

AB bəyan edib ki, onlar vətəndaş cəmiyyətinə, mühacirətdə olan Belarus demokratik qüvvələrinə və Belarus mədəniyyətinə maliyyə dəstəyi verməklə, rejimə qarşı məhdudlaşdırıcı və məqsədyönlü tədbirlər tətbiq etməyə davam edəcəklər. (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
8
olaylar.az

10Mənbələr