AZ

Şəhid şəkillərinin maşınlara, dükanlara vurulması birmənalı olaraq...- RƏYLƏR

Torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlər baş tacımızdır. Onların xatirəsini daim yaşatmaq hər birimizin borcudur.

Bakıvaxtı.az xəbər verir ki, şəhidlərin şəkillərini maşınlara, dükanlara və müxtəlif ictimai yerlərə vurulması halları geniş yayılıb. Bu, həm şəhidlərin ailələrinə və yaxınlarına mənəvi dəstək göstərmək, həm də onların qəhrəmanlığını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.

Ancaq şəhidlərin şəkillərinin maşınların arxa şüşəsinə, mağaza-dükanların üzərinə vurulması heç də hamə tərəfindən xoş qarşılanmır. Şəhidlərin şəkillərindən düzgün şəraitdə və hörmət çərçivəsində istifadə edilməməs onların xatirəsinə hörmətsizlikdir.

Fazil Mustafa, deputat

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən MilliMəclisin İctimaibirliklərvə diniqurumlarkomitəsininsədri Fazil Mustafa bildirib ki, şəhid adının ucuz tutulmasına icazə vermək olmaz və bu, bilavasitə ictimai qınaqla bağlıdır.

Onun sözlərinə görə, bunu hansısa bir şəkildə qanunvericiliklə tənzimləmək doğru olmaz. Deputat vurğulayıb ki, istər qazilərin, istər şəhidlərin adından sui-istifadə hallarına son qoyulmalıdır:

“Insanlar buna reaksiyalarını bildirməlidir. Hesab edirəm ki, bu, öz nəticəsini verəcək. İnsanlar bunun etik cəhətdən doğru olmadığını görəcəklər”..

Razi Nurullayev, deputat

Milli Məclisin deputatı Razi Nurullayev Bakıvaxtı.az-a bildirib ki, şəhid şəkillərini maşına vurub gəzmək, onların rəsmi olan paltarını geyinmək kimi məsələlər ictimai məsələlərdir və insanların özünün verdiyi fərdi, şəxsi qərarıdır.

Bunun qanunvericiliklə qadağan olunmadığını deyən deputatın sözlərinə görə, bununla bağlı kiməsə irad bildirmək, qadağa qoymaq həmin şəxslər tərəfindən də, cəmiyyət tərəfindən də yaxşı qarşılamaz.

“Ona görə də bu tip məsələlərə münasibət bildirmək çətindir”.

R.Nurullayev qeyd edib ki, şəhidin ailə üzvlərindən, qohumlarından kimsə bunu edirsə, ona nəsə deyilməyi doğru deyil:

“Amma kənar adamlar özünün maraqları üçün şəhidin adından, şəklindən istifadə edirsə, maşınına vurub yol polisinə təzyiq göstərmək istəyirsə, bu qəbuledilməzdir. Bu məsələdə həmin şəhidin öz yaxınları, valideynləri etiraz etməlidir və çox güman ki, edirlər. Ümumilikdə onun yaxınları şəhidin şəklindən öz maşınında, evində istifadə edirsə, bu onların haqqıdır və heç kim onlara heç nə deyə bilməz”.

Elyar İslamoğlu, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi

Şəhid Vüsal Vəliyevin qardaşı, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu isə Bakıvaxtı.az-a deyib ki, şəhidlərin şəklini maşınların arxa şüşəsinə, mağaza-dükanların üzərinə vurulması əslində yaxşı hal deyil. Onun sözlərinə görə, düzdür ola bilsin ki, kimsə şəhidlərə hörmət göstərdiyi, dəyər verdiyi üçün şəhidin şəklini maşının arxa şüşəsinə vurur:

“Amma bir müddət sonra şəkil çirklənir, solaraq bozarır və ya cırılır. Hansısa şəhid valideyni övladının solmuş, cırılmış, çirklənmiş şəklini görəndə narahat olur”.

E.İslamoğlu bildirib ki, mağaza-dükanların üzərinə şəkil vurulması isə birmənalı olaraq hansısa məsuliyyətdən yayınmağa, ediləcək qüsurları ört-basdır etməyə xidmət edir.

Müsahibimiz nəzərə çatdırıb ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu var və bu qanunda şəhidin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı qəbirüstü abidələrin, xatirə komplekslərinin yaradılması, şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi nəzərdə tutulur:

“Amma kimsə özü üçün mağaza-dükan açır, şəhid şəkillərini necə gəldi vitrinə, şüşəyə, qapıya yapışdırırsa, mən bir şəhid qardaşı olaraq belə halları bəyənmirəm. Gərək şəhid ailələri özləri də onların övladlarının şəklindən, adından sui-istifadə hallarına razı olmasın”.

Mina Mikayılova

Seçilən
1
24
bakivaxti.az

10Mənbələr