AZ

Çingiz Mehdiyevin vəkillərinin vəsatətləri təmin edilmədi

“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib.

Daha sonra Çingiz Mehdiyevin vəkili vısatətlə çıxış edib. Vəkil bildirib ki, 1 milyon 400 min pulun köçürülməsi leqallaşdırılıb. Gürcüstanda olan ofisdən bəzi maliyyə sənədlərini əldə etdiklərini deyən vəkil deyib ki, Gürcüstan bankından köçürülən maliyyə sənədlərini var, həmin sədlər işə əlavə olunmasını istəyib. Vəkil qeyd edib ki, Çingiz Mehdiyevin anasının adına olan bank hesabları vərəsənin hesabına köçürülüb. Vəkil həmin sənədlərin işə əlavə olunmasını istəyib.

Çingiz Mehdiyev bildirib ki, anasının şəxsi hesabı Gürcüstan bankında olub. Onun sözlərinə görə, anası rəhmətə getdiyi üçün vəsaitlər şəxsi hesabda qalıb: "1 ildən sonra vərəsəlik sənədləri təqdim olunandan sonra pulları vərəsənin hesabına köçürülüb. Burada qeyri qanuni heç bir şey yoxdur. Vərəsə pulların hamısı mənim adıma gəlib. Çünki qardaşım Amerikada yaşayırdı, onun adına köçürülə bilməzdi. Mən də pulları qardaşımın hesabına köçürdüm".

Hakim sual edib ki, niyə görə Çingiz Mehdiyevin adına olan vəsait Amerikada olan hesaba köçürülüb. Təqsirləndirlilən şəxs isə bunun onun şəxsi işi olduğunu deyib.

Məlum olub ki,həmin hesabdan köçürülən pul 722 min manatdır. Həmin pul Çingiz Mehdiyevin Amerikada yalayan qardaşı Zaur Mehdiyevin adına köçürülüb.

Vəkil qeyd edib ki, bank hesabları vasitəsi ilə köçürülən pulların hamısı təyinatı üzrə köçürülüb. Onun sözlərinə görə, həmin pullar şəxsi hesbada olan şəxsi pullar olub.

Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, məhkəmə istintaqına güvənirlər. Onun sözlərinə görə, cinayət işinə xitam verilməsi üçün qanunda olan 4 əsasların hamısı Çingiz Mehdiyevin əməllərində var.

Vəkil həmçinin Gürcüstan bankına sorğu göndərilməsini, sənədlərin əslini əldə etməsini istəyib.

Dövlət ittihamçısı Orxan Səmədov bildirib ki, müdafiə tərəfi pulların köçürülməsini vərəsəlik aktı ilə mübahisəlidirir. Onun sözlərinə görə, burada rəsmi sənəd yoxdur.

Məhkəmə birinci vəsatəti təmin etməyib. Məbləğlərin dəqiqləşdirilməsinə görə Gürcüstan bankına müraciət edilməsi üçün verilən vəsatətlə bağlı bildirilib ki, bu məsələ müşavirə otağında nəzərə alınacaq.

Daha sonra Çingiz Mehdiyevin vəkilləri mütəxəssis rəyləri ilə bağlı vəsatət verib. Vəkil deyib ki, 621 min manat mallar ölkəyə gətirilib. Onun sözlərinə görə,malların dəyəri gömrükdə düzgün hesablanmayıb. Bildirib ki, mütəxəssis malların dəyərlərindirməsinə ittihamediciqiymət verib. Vəkil mütəxəssisin sənədləri tədqiq etmək üçün məhkəməyə dəvət olunmasını istəyib.

Dövlət ittihamçısı bildirib ki, işdə olan sənədlərə mütəxəssis rəyləri təqdim olunub. O, vəsatətin təmin olunmamasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra vəkillər Hesablama Palatasının şirkətdə apardığı audit yoxlamaları nəticəsində tərtib olunan akın alınması barədə vəsatət veriblər. Bu vəsatət də təmin olunmayıb.

Növbəti proses fevralın 3-də davam edəcək.

Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib.

İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov
Seçilən
6
teleqraf.com

1Mənbələr