AZ

Baş prokuror: 2024-cü ildə əvvəlki illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Bakı, 27 yanvar, AZƏRTAC

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 27 cinayət işinin ibtidai istintaqı aparılmaqla, baxılması üçün məhkəmələrə göndərilib.

AZƏRTAC xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev 2024-cü ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Qeyd edilib ki, bununla da, 2020-ci il mayın 1-dən indiyədək əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 43 qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Həmin işlərdən 35-i məhkəməyə göndərib (31-i üzrə ittiham hökmü çıxarılıb), 3 işin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilib, digərləri isə hazırda məhkəmə baxışındadır.

Seçilən
72
50
azertag.az

10Mənbələr