Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Vətən müharibəsi qazisi Qurbanov Əbülfət Tanverdi oğlunu ziyarət edib, onun qayğıları ilə maraqlanıb və ailəsinə ərzaq yardımı göstərilib. İcra Hakimiyyətindən "Olaylar"a daxil ola məlumata görə, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.Suraxanı rayonunda da belə həssas kateqoriyadan olan sakinlərimizlə mütəmadi görüşlər təşkil olunaraq onların problemləri dinlənilir və qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31